+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

UniAdmire Xaricdə Təhsil Şirkəti ilə yeni strateji əməkdaşlıq müqaviləsi imzaladıq.

By Humel - 11 Sep 2025 88 0 comments
UniAdmire Xaricdə Təhsil Şirkəti ilə yeni strateji əməkdaşlıq müqaviləsi imzaladıq.

 

Humel Psixologiya Mərkəzi və UniAdmire arasında yeni strateji əməkdaşlıq

 

Humel Psixologiya Mərkəzi olaraq, UniAdmire Xaricdə Təhsil Şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi imzaladıq. Bu əməkdaşlıq çərçivəsində xaricdə təhsil alan tələbələrə onların yeni mühitə adaptasiyası, emosional rifahı və akademik uğurlarını artırmaq məqsədilə peşəkar psixoloji dəstək təqdim edəcəyik.

 

Tələbələrimiz fərdi psixoloji konsultasiyalar, adaptasiya prosesinin idarə olunması, stress və emosional idarəetmə proqramları, eləcə də xaricdə tələbə həyatının bütün tələblərinə uyğun dəstək alacaqlar. Bu xidmətlər onların həm şəxsi, həm də akademik həyatlarında daha güvənli, balanslı və məhsuldar olmalarına yardımçı olacaq.

 

Bundan əlavə, Humel Psixologiya Mərkəzi və UniAdmire birgə olaraq maarifləndirici seminarlar, təlimlər və inkişaf layihələri həyata keçirəcək. Biz inanırıq ki, bu əməkdaşlıq tələbələrin xaricdə təhsil təcrübəsini daha zəngin, uğurlu və balanslı edəcək, onların akademik müvəffəqiyyətini artıracaq və psixoloji rifahlarını təmin edəcək.

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!